Ukrayna prezidenti Vladimir Zelenski Rostislav Şurmanı ofis rəhbərinin müavini vəzifəsindən azad edib.
“Rostislav İqoreviç Şurma Ukrayna prezidentinin aparat rəhbərinin müavini vəzifəsindən azad edilsin”, – Zelenskinin saytında dərc olunan sərəncamda deyilir.
“Rostislav İqoreviç Şurma Ukrayna prezidentinin aparat rəhbərinin müavini vəzifəsindən azad edilsin”, – Zelenskinin saytında dərc olunan sərəncamda deyilir.
Bundan əvvəl Ali Radanın deputatı Yaroslav Jeleznyak Ukrayna hökuməti və prezidentinin aparatında rotasiya elan edib. Radanın spikeri Ruslan Stefançuk axşam saatlarında Strateji Sənaye Nazirliyinin rəhbəri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets və baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina istefa ərizələrini təqdim etdiklərini açıqlayıb. Parlamentin üzvü Aleksey Qonçarenko davam edən kadr dəyişikliyini xaos adlandırıb. (Tass)