Ukrayna məhkəməsi keçmiş deputat Dmitri Svyataşı Ukrayna sərhədlərinin dəyişdirilməsi çağırışları, əmlakın leqallaşdırılması və dələduzluqda ittiham edərək əmlakı müsadirə olunmaqla 12 il müddətinə azadlıqdan məhrum edilib.
“Keçmiş xalq deputatı Ukrayna ərazisinin sərhədlərinin dəyişdirilməsinə çağırışlar, əmlakın leqallaşdırılması və 2,2 milyard qrivna (54 milyon dollardan çox) dələduzluğuna görə 12 il müddətinə azadlıqdan məhrum edilib”, – məlumatda deyilir. Şöbə təqsirləndirilən şəxsin soyadını açıqlamayıb. Lakin yerli mətbuat yazır ki, söhbət Svyataşdan gedir. (Tass)