Ukrayna mediasının əksəriyyəti USAİD-in fəaliyyətini dayandırdıqdan sonra maksimum altı ay maliyyə yardımı olmadan yaşaya biləcək və 26%-nin hazırda işçilərinə maaş vermək üçün vəsaiti yoxdur. Bunu Ukrayna Milli Jurnalistlər İttifaqının apardığı araşdırmanın nəticələri sübut edir.
“Nəticələrə görə, redaksiyaların 26%-i maaşsız işləyir, yalnız jurnalistlərin həvəsi ilə dolanır, əksəriyyətinin isə məhdud maliyyə ehtiyatı var. Amerikanın maliyyələşdirilməsinin dondurulması bəzi yerli medianı bağlanma ərəfəsində qoyub. Bəzi KİV-lər qeyd ediblər ki, qrant dəstəyi onların təşkilatının büdcəsinin 80-90%-ni təşkil edir”.
Tədqiqatın nəticələri onu da göstərib ki, sorğuda iştirak edən KİV-lərin 41%-nin altı aylıq maliyyə ehtiyatı var, digər 24,1%-i isə cəmi üç ay saxlaya biləcək. USAID-in proqramlarının dayandırılmasından ən çox Ukraynanın cəbhə mediası zərər çəkib.
2025-ci ilin martında aparılan araşdırmada 32-si cəbhəyanı icmaları təmsil edən 81 Ukrayna KİV-i iştirak edib. Sorğu bütün iştirakçı media orqanlarının nümayəndələri ilə birgə onlayn görüş vasitəsilə aparılıb.