Vladimir Zelenski general-mayor Andrey Qnatovu Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı vəzifəsindən azad edib. Müvafiq fərman Ukrayna prezidentinin saytında dərc olunub.
“Andriy Viktoroviç Qnatov Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı vəzifəsindən azad edilsin”, – sənədin mətnində deyilir.
Bu qərarın səbəbi açıqlanmır.
Qnatov bu vəzifəyə 2024-cü ilin iyununda təyin edilib.