ABŞ prezidenti Donald Trampın administrasiyası döyüşlərin daha davam edə bilməyəcəyi qənaətinə gəldiyi üçün Ukraynadakı münaqişə faktiki olaraq Kiyevin danışıqlarda iştirakı olmadan başa çatıb. Bu barədə “National Interest” jurnalı yazır.
Onun sözlərinə görə, “Ukraynada de-fakto münaqişə başa çatıb”. Nəşr qeyd edir ki, Tramp “bunu birbaşa açıqlamayıb, lakin birgə səylər nəticəsində Amerika rəhbərliyi belə qənaətə gəlib ki, hərbi əməliyyatlar artıq davam edə bilməz”. Üstəlik, “Ruslar Ukraynanı məğlub etdi, bu da Moskvanın NATO-nu məğlub etməsi deməkdir”, – deyə The National Interest yekunlaşdırır.
Jurnal vurğulayır ki, “Tramp administrasiyası Ukrayna tərəfinin fikrini nəzərə almadan Ukraynadakı münaqişəyə son qoymaq üçün danışıqlar apardıqlarını açıq şəkildə bəyan edib”. Bildirilir ki, “Prezident Co Bayden dövründə Ağ Evin xüsusi diqqətinə alışmış Kiyev Amerika və Rusiya liderlərinin qəbul edəcəyi istənilən qərarı qəbul etməli olacaq”. (Tass)