Ukrayna Dövlət Sərhəd Xidmətinin Moldova ilə sərhəddə nəzarət-buraxılış məntəqələrinə cavabdeh olan zabiti hərbi xidmətdən yayınanların Odessa vilayətindən qaçmasını təşkil edib və bunun üçün həftədə 50 min dollara qədər pul alıb. Bu barədə Ukrayna Dövlət Təhqiqatlar Bürosunun (DSB) Telegram kanalında məlumat verilib.
Bildirilir ki, o, tabeliyində olan şəxs vasitəsilə ölkədən çıxmaq istəyən şəxsləri axtarıb, onlara sərhədi keçmə yeri və vaxtı barədə məlumat verib. Xidmətin qiyməti 6 min dollardan 10 min dollara qədər olub.
Dövlət İstintaq Bürosunun əməkdaşları sərhədçini digər müştəridən pul alarkən saxlayıb. Onu əmlakı müsadirə olunmaqla 8 ilə qədər həbs gözləyir.