Gələn il Kiyev üçün bu ildən daha çətin olacaq, çünki bu, ABŞ-da prezident seçkiləri ətrafında qeyri-müəyyənliklə bağlıdır. Bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko deyib.
“2025-ci il daha çətin olacaq. Bu qeyri-müəyyənlik ilidir. Qərarların alınmaması mümkündür. Xüsusilə xatırlatmaq lazımdır ki, bu il ABŞ Konqresinin yardımla bağlı qərarını necə uzun müddət gözləmişik. Ukraynaya, eyni zamanda, ABŞ-da seçki yarışı şəraitində 2025-ci il üçün müvafiq qərarlar qəbul edə bilmərik”, – deyə o, RBC-Ukrayna agentliyinə müsahibəsində bildirib.
Marçenko vurğulayıb ki, Ukraynanın Vaşinqton və ya digər Qərb müttəfiqlərinin köməyi olmadan dayanmaq imkanları məhduddur.
“BVF-dən növbəti tranşın alınması ərəfəsində bizdə artıq bəzi ödənişlərdə fasilələr olub, bu, sosial ödənişlərə şamil edilməyib, lakin müəyyən gərginlik var idi”, – deyə nazir qeyd edib. (Tass)