Ukraynanın Polşadakı səfiri Vasili Zvariç tutduğu vəzifədən azad edilərək Çexiyaya səfir təyin edilib. Bunu Ukrayna prezidentinin saytında dərc edilmiş fərmanlar sübut edir.
Polşaya yeni səfirin təyin edilməsi ilə bağlı hələlik heç bir fərman yoxdur.
Ukraynanın “Evropeyskaya Pravda” nəşrinin məlumatına görə, Ukraynanın Çexiyadakı səfiri postu 2022-ci ilin iyulundan, Yevgeni Perebeynos vəzifəsindən azad edildikdən sonra boşdur.