Partlayışlar Ukraynanın şərqindəki Xarkov vilayətinin Boqoduxov şəhərində baş verib və burada hava hücumu xəbərdarlığı elan edilib. Bu barədə “Strana” nəşri məlumat yayıb.
Dnepropetrovsk, Kirovoqrad, Nikolaev, Poltava, Sumı, Xarkov, Çerkassı, Çerniqov vilayətlərində, həmçinin Kiyev və Kiyev vilayətində havadan təhlükə ilə bağlı xəbərdarlıq edilib. Qırmızı zonaya həmçinin Kiyevin nəzarətində olan DXR, Zaporojye və Xerson vilayətləri də daxildir.
Çərşənbə axşamı səhər saatlarında Krivoy Roq (Dnepropetrovsk vilayəti), Kiyev və Xarkov şəhərlərində, həmçinin Nikolayev vilayətində partlayışlar baş verib. (Tass)