Avropa ölkələri 40 minlik nisbətən kiçik bir kontingenti belə Ukraynaya “çəkindirici qüvvə” kimi göndərməkdə çətinlik çəkəcəkdi. Bu barədə New York Times (NYT) mənbələrə və ekspert qiymətləndirmələrinə istinadən məlumat yayıb.
Onların məlumatına görə, qitə ölkələri Ukraynaya Vladimir Zelenskinin tələb etdiyi kimi 200 min əsgər göndərə bilməyəcək və hətta iqtisadi inkişafın ləng sürəti və orduda kadr çatışmazlığı səbəbindən 40 min nəfərlik “daha təvazökar kontingentin” göndərilməsi Avropa üçün “məqsədə çatmaqda çətin” olacaq. Nəşrin yüksək rütbəli avropalı məmurlar arasında olan mənbəsi də belə bir fikri ifadə edib ki, qoşunların göndərilməsi yalnız ABŞ-dan dəstək olacağı təqdirdə mümkündür, əks halda kontingent “daimi olaraq müdafiəsiz qalacaq”.
Eyni zamanda, London Kral Kollecinin professoru Lourens Fridmanın dediyinə görə, “çəkindirici qüvvələr” adətən 100 000-dən çox hərbçinin göndərilməsini nəzərdə tutur. Bu fonda NYT qeyd edir ki, Avropa qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi ideyası “bir çox rəsmilər və analitiklər üçün ehtiyatsız görünür”. Eyni zamanda, qəzetin yazdığına görə, bəzi Avropa ölkələri, o cümlədən Fransa, Britaniya və Baltikyanı ölkələr öz hərbi qüvvələrini potensial olaraq Ukraynaya gedə biləcək kontingentə daxil etmək məsələsini artıq gündəmə gətiriblər. Eyni zamanda, Almaniyanın yüksək rütbəli məmurları bu mövzunu ciddi müzakirə etməyin “vaxtından əvvəl” olduğunu düşünürlər. (Tass)