NATO-nun Ukraynaya Təhlükəsizliyə Yardım və Təlim Missiyası (NSATU) yanvar ayında alyansın Ukraynaya yardımını koordinasiya etməyə başlayacaq. Bunu Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius Almaniya, Böyük Britaniya, İtaliya, Polşa və Fransanın müdafiə nazirləri arasında aparılan danışıqların yekunları üzrə deyib.
“Yanvar ayından etibarən NATO-nun Ukraynaya Visbadendəki Təhlükəsizliyə Yardım və Təlim Missiyası NATO-nun Ukraynaya yardımının koordinasiyasını öz üzərinə götürəcək”, – Almaniya Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Pistorius həmçinin bildirib ki, toplanan beş ölkənin müdafiə nazirlərinin növbəti görüşü 2025-ci ilin əvvəlində baş tutacaq.
(Tass)