ABŞ Konqresinin Senatında İsrailə, Ukraynaya yardım, eləcə də ABŞ-ın cənub sərhədində nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı paket qanun layihəsi ilk prosessual səsvermədən keçməyib. İclas qanunverici orqanın yuxarı palatasının saytında yayımlanıb.
Təşəbbüs 118 milyard dollardan çox büdcədən əlavə vəsaitin ayrılmasını nəzərdə tuturdu.Bunlardan senatorlar Ukraynaya dəstək üçün 60,06 milyard dollar, İsrailə 14,1 milyard dollar, Meksika ilə sərhədin təhlükəsizliyini təmin etmək üçün isə 20,23 milyard dollar xərcləməyi təklif ediblər. (Tass)