Avqust 25, 2025-12:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“Ulduz” jurnalının xüsusi nömrəsi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunub

2024:12:04 - 14:22
in MƏDƏNİYYƏT
A A

“Ulduz” jurnalının dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş xüsusi noyabr-dekabr nömrəsi çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, jurnal dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə açılır.

Sonrakı səhifədə Ümummilli Lider Heydər Əliyevin Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr edilmiş təntənəli gecədə söylədiyi nitqin mətni verilib. Xüsusi buraxılışda “Heydər Əliyevin Füzuli sevgisi”, Firidun bəy Köçərlinin “Molla Məhəmməd Bağdadi “Füzuli” təxəllüs”, Mirzə Cəlilin “Füzuli”, Abdulla Şaiqin “Füzuli haqqında düşüncələrim”, Bəkir Çobanzadənin “Füzuli və onun yeri”, “Cəfər Cabbarlının “Füzuli haqqında”, Əkrəm Cəfərin “Füzulinin yubileyi qarşısında qəlbim”, Məsud Əlioğlunun “Füzuli və müasir ədəbiyyatşünaslığımız” başlıqlı yazıları yer alıb. Bu nömrədə Əliağa Vahidin “Füzulidən təxmis”, Bəxtiyar Vahabzadənin “Onun pərişanlığı” və “Qəlb şairi” sərlövhəli yazılarını oxuya bilərsiniz. Əli Kərimin “Füzuli”, Zəlimxan Yaqubun “Görüş – ayrılıq”, Məmməd Cəfərin “Füzuli sevir”, Rəsul Rzanın “Uzaq ellərin yaxın töhfələri”, Samət Əlizadənin “Füzuli sözünün sehri”, Yaşar Qarayevin “Türk-İslam intibahının zirvəsi Füzuli”, Nihad Sami Banarlının “Füzulinin duası” adlı yazılarında dahi şairin yaradıcılığından söz açılır.

Xüsusi buraxılışda Füzulinin söz gülşənindən seçmə qəzəllər təqdim olunur.

“Dərgidə sərgi”də Əfşan Rafaelqızının əsərləri yer alıb.

“Ulduz” jurnalının AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin və “Təhsil” nəşriyyatının birgə layihəsi olan xüsusi nömrəsinin redaktoru filologiya elmləri doktoru Pərvanə Bəkirqızıdır.

 

Əvvəlki Yazı

Gürcüstanın baş naziri bildirib ki, “milli maydan” cəhdi uğursuz alınıb

Növbəti Yazı

Azərbaycan ilə İordaniya arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.