Tədbirdə çıxış edən səfir Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışaraq, onun dünya şöhrətli siyasi xadim olduğunu, azərbaycançılıq ideologiyasının əsasını qoyduğunu, müdrik siyasəti və uzaqgörənliyi sayəsində müasir və güclü Azərbaycan dövlətinin yaradıldığını, siyasi fəaliyyətinin nəinki Azərbaycanda, dünyanın bir sıra ölkələrində tədqiq edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra səfir, Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərini qeyd edərək, onun tutduğu qətiyyətli mövqe, apardığı uğurlu siyasət nəticəsində bu gün Azərbaycanın dünya miqyasında layiqli yer tutduğunu, beynəlxalq birliyin nüfuzlu və etibarlı tərəfdaşına çevrildiyini vurğulayıb.
Ulu Öndərin siyasi kursunun bu gün onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulayan səfir, ölkəmizin müasir dövrdə əldə etdiyi çoxsaylı uğur və nailiyyətlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı öz əzəli torpaqlarını erməni işğalından azad etdiyini, 2023-cü ilin sentyabrında isə 23 saat davam edən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü tamamilə bərpa etdiyini, bu böyük qələbənin məhz Ulu Öndər Heydər Əliyevin zamanında atılmış mühüm addımların nəticəsində əldə etməyin mümkün olduğunu diqqətə çatdırıb.
Tədbirdə musiqiçilər İsmayıl Zülfüqarov və Nərgiz Əliyeva Azərbaycanın məşhur bəstəkarlarının əsərlərini ifa ediblər.