May 9, 2025-21:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Ulu Öndərin müdrik siyasəti sayəsində xalqımızın azadlıq və müstəqillik arzuları gerçəkləşib

2023:10:19 - 10:38
in SİYASƏT
A A

Şirvanda “Heydər Əliyev İli” çərçivəsində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Tarix yazan əbədiyaşar lider” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 32 il ötür. Azərbaycanın müstəqillik tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmçinin vurğulanıb ki, Heydər Əliyevin həyat amalı, siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil Azərbaycan dövlətini qurmaq olub və o, müdrik siyasəti, dönməz əqidəsi, uzaqgörənliyi sayəsində xalqımızın azadlıq və müstəqillik arzularını gerçəkləşdirməyə nail olub.

Diqqətə çatdırılıb ki, bu siyasət yeni əsrin və yeni minilliyin başlanğıcında Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan 20 ildir ki, etibarlı əllərdədir. Azərbaycanın son 20 ildə qazandığı misilsiz nailiyyətlər Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli liderliyinin nəticəsidir. Vətən müharibəsində qazanılan Zəfər isə xalqımıza böyük qürur bəxş etdi. Torpaqlarımızın işğaldan azad olunması, Şərqi Zəngəzurda, Qarabağda bayrağımızın dalğalanması ilə hər bir azərbaycanlının uzun illərdir saxladığı arzusu gerçəkləşdi.

Daha sonra çıxış edən deputat İltizam Yusifov və digər natiqlər dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən, müstəqilliyin qorunub möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin xidmətlərindən söz açıblar. Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasət kursunun, dövlət quruculuğu konsepsiyasının Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyi, yeni çalarlarla zənginləşdirildiyi vurğulanıb.

Sonda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmasını və çıxışını əks etdirən videoçarx nümayiş olunub.

Əvvəlki Yazı

Mərkəzi Bank: “Muğan Bank”ın lisenziyasının ləğvi bank sektoruna heç bir təhdid yaratmır”

Növbəti Yazı

Bakıda Xəzər İnşaat Həftəsi işinə başlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.