İyun 18, 2025-1:40
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Ulu Öndərin uğurlu siyasəti nəticəsində milli-mənəvi dəyərlərimiz ən yüksək inkişaf mərhələsinə qədəm qoyub

2025:05:09 - 13:45
in SOSİAL
A A

AMEA Folklor İnstitutunda Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın anadan olmalarının 102-ci ildönümünə həsr olunmuş “Əbədiləşən ömrün dastanı” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, institutun YAP Ərazi partiya təşkilatının dəstəyi ilə reallaşan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirələri bir dəqiqəlik sükutla yad edilib. Ardınca Folklor studiyasının hazırladığı “Əbədiləşən ömrün dastanı” adlı videoçarx nümayiş olunub.

Tədbiri açan Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı olmaqla yanaşı, onun hərtərəfli inkişafı və çiçəklənməsinə də böyük töhfələr verib. İstər sovet dövründə, istərsə də müstəqillik mərhələsində Ulu Öndərin həyata keçirdiyi uğurlu siyasət nəticəsində milli-mənəvi dəyərlərimiz, dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoyub. Ulu Öndərin azərbaycançılıq siyasətinin dayaqları milli-mənəvi dəyərlər, onların qorunması və dövlətçiliyin təməllərinə çevrilməsi ideyası üzərində bərqərar olub.

“Biz böyük fəxr və qürur hissi ilə deyə bilərik ki, Ulu Öndərin təşəbbüsü və ideya rəhbərliyi sayəsində Azərbaycanda milli-mənəvi dəyərlərin qorunduğu və öyrənildiyi bir elmi mərkəz – Folklor İnstitutu yaranmışdır. Türk dünyasının ana abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi, dastanlarımızın yenidən, müstəqillik düşüncəsi və kimliyi rakursundan araşdırılması, nəticə etibarı ilə folklorumuzu, xalq yaddaşı və dəyərlərini öyrənən bir qurumun meydana gəlməsinə rəvac verdi. Bu, məhz Ulu Öndərin ideyası və həyata keçirdiyi siyasətin nəticəsi idi”, – deyə H.Quliyev əlavə edib.

Sonra institutun Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil “Heydər Əliyev və Azərbaycan folklorşünaslığının inkişafı”, Mifologiya şöbəsinin aparıcı elmi işçisi İlhamə Qəsəbova “Heydər Əliyevin aşıq sənətinə qayğısı”, Azsaylı xalqların folkloru şöbəsinin kiçik elmi işçisi Cəmilə Novruzova “Heydər Əliyev və Zərifə Əliyeva irsinin gənclər siyasətində rolu” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirdə, eyni zamanda, AMEA Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Afaq Ramazanova, şöbə müdiri, professor Leyla Məmmədova, yazıçı-publisist Mahir Cavadov, aparıcı elmi işçi, dosent Əpoş Vəliyev, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Səadət İbrahimova, elmi işçi Vüsalə Kərimova Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu, mədəniyyət siyasəti sahəsindəki fəaliyyətinə və akademik Zərifə Əliyevanın mərhəmət və şəfqətlə yoğrulan elmi irsinə nəzər yetiriblər.

Əvvəlki Yazı

Abşeronda sex yanır

Növbəti Yazı

Beyləqanda 67 yaşlı kişi elektrik dirəyindən yıxılaraq ölüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.