Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar AZƏRTAC-ın təşəbbüsü ilə Marneulidə keçirilən konfrans və fotosərgi Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, “afqazturk.com”, “aktual.ge”, “24news.ge”, “realnews.ge” və digər informasiya portalları tədbirlərlə bağlı Azərbaycan və gürcü dillərində materiallar, o cümlədən videoreportajlar yayıblar. Gürcüstanın bəzi vətəndaşları isə özlərinin sosial şəbəkə hesablarında tədbirlə bağlı paylaşımlar ediblər.
Materiallarda AZƏRTAC-ın təşəbbüsü və Marneulidəki “Azərbaycan Evi”nin birgə təşkilatçılığı ilə keçirilən tədbirlərin əhəmiyyəti xüsusi qeyd olunub.
İnformasiyalarda, eyni zamanda, konfransda Ulu Öndərlə bağlı söylənilən fikirlər yer alıb.