Avqust 18, 2025-19:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Umayra Tağıyeva: “Azərkosmos”la birgə tədbirlər planı hazırlanır

2024:04:05 - 13:59
in İQTİSADİYYAT
A A

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ilə (“Azərkosmos”) birgə tədbirlər planı hazırlayır.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “İqlim dəyişikliyinə kosmosdan baxış” tədbirində deyib.

Onun sözlərinə görə, bu gün peyk məlumatları iqlim dəyişmələri, ətraf mühitin çirklənməsi, daşqınların proqnozlaşdırılmasında önəmli informasiya mənbəyinə çevrilib:

“”Azərkosmos”la tədbirlər proqram hazırlanır. “Azərkosmos”la proqram çərçivəsində çox sıx əməkdaşlığımızı davam etdirəcəyik. Bu gün peyk məlumatları əvəzsiz bir informasiya mənbəyinə çevrilib. Bu məlumatların xüsusilə iqlim dəyişmələri, ətraf mühitin çirklənməsi, daşqınların proqnozlaşdırılması, meşə yanğınlarının izlənilməsi, toz fırtınalarının mənbələrinin müəyyən olunması və proqnozların verilməsi sahəsində mühüm rolu var. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) Azərbaycan pavilyonunda “Azərkosmos”un təmsil etdiyi guşə çox böyük maraq doğurdu. Həmçinin Azərbaycanın peyk ölkəsi olduğu böyük rəğbətlə qarşılandı. Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) da bu sahə öz layiqli yerini tutacaq”.

U.Tağıyeva həmçinin bildirib ki, COP-un əsas mövzulardan biri də su ehtiyatlarının vəziyyəti ilə bağlıdır:

“Planetimiz su qıtlığı ilə üzləşir və biz də bu platformada “Azərkosmos”la birgə tədbirlərin keçirilməsində çox maraqlıyıq. Dünyanın qapalı su hövzələrində olan vəziyyət, gözlənilən risklər əsas mövzulardan biri kimi müəyyən olunub və şübhəsiz ki, “Azərkosmos”la bu sahədə də çox sıx əməkdaşlıq edəcəyik”.

Əvvəlki Yazı

DTX-nin xaricdə fəaliyyət göstərən nümayəndələrinin əldə etdiyi gəlirlər vergidən azad edilir

Növbəti Yazı

TƏLƏBƏLƏR NİYƏ İNGİLİS DİLİ ÖYRƏNƏ BİLMİRLƏR?

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.