Ukrayna Qərb müttəfiqləri ilə Ramşteyn bazasında keçirdiyi görüşdə onlara 2025-ci il üçün strategiyasını təqdim edib ki, onun da əsas vəzifələri cəbhə xəttinin sabitləşdirilməsidir. Bu barədə ölkənin müdafiə naziri Rustem Umerov məlumat verib.
“Yanvarın 9-da Ramşteyn bazasında görüş zamanı biz dörd əsas prioritetə əsaslanan strategiyamızı təqdim etdik: cəbhə xəttinin sabitləşdirilməsi, Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi, səma və dəniz zolaqlarının müdafiəsinin gücləndirilməsi və asimmetrik cavab tədbirləri”, – Umerovun sözləri Ukrayna Müdafiə Nazirliyinin Teleqram kanalında sitat gətirilir.
Umerov təyin olunmuş strategiyanın həyata keçirilməsinin təfərrüatlarını açıqlamayıb. (Tass)