Sentyabr 12, 2025-12:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Ümummilli Lider Heydər Əliyevin Yaponiyaya rəsmi səfərinə həsr olunmuş filmin təqdimatı keçirilib

2024:01:24 - 15:51
in MƏDƏNİYYƏT
A A

Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfərinə həsr edilmiş filmin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Nizami Kino Mərkəzində təqdimatı keçirilən “Bir səfərin izi ilə – Yaponiya” sənədli filmi Ulu Öndərin səfərinin maraqlı məqamlarını əks etdirir.

Ekran əsərinin ideya müəllifi tanınmış səyyah və jurnalist Azər Qəribdir. Filmin yaradıcı heyəti redaktor Ayaz Mirzəyev, prodüser Əsgər Qəribzadə, operator Əli Əliyev və Violetta Matsue, montaj mütəxəssisi Elmar Tarıyeloğludan ibarətdir.

Sənədli film barədə təəssüratlarını AZƏRTAC ilə bölüşən Azər Qərib bildirib ki, bu əsər Ulu Öndərin səfərinin qeyri-rəsmi tərəflərini əks etdirir. Ekran əsərinin çəkilişləri Tokio və Kioto şəhərlərində aparılıb. Filmdə tamaşaçı səfərin qeyri-rəsmi anlarına nəzər salmaqla Yaponiyanın bu iki tarixi şəhərində heyrətamiz səyahətə çıxır.

“Bir səfərin izi ilə – Yaponiya” ekran əsərinin təqdimatının maraqla qarşılandığını bildirən müəllif qeyd edib ki, layihə çərçivəsində Ümummilli Liderin digər səfərləri barədə də oxşar mövzuda filmlər lentə alınacaq. İndiyədək layihə çərçivəsində dahi şəxsiyyətin İtaliya səfəri barədə ekran əsəri hazırlanıb. Layihə “Azərbaycan Hava Yolları” QSC-nin baş sponsorluğu ilə həyata keçirilib.

Əvvəlki Yazı

Filarmoniyada Xalq artisti Nəriman Məmmədovun əsərləri səsləndirilib

Növbəti Yazı

Milli Dram Teatrı fevral repertuarını açıqlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.