İyun 15, 2025-12:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

UNEC-də ali təhsilin aktual məsələləri ilə bağlı geniş müzakirələr aparılıb

2023:11:01 - 12:20
in SOSİAL
A A

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni yaradılmış Rəqəmsal Mətbəənin, Karyera Mərkəzinin və Müzakirə zalının açılışında iştirak edib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Açılışdan öncə nazir Emin Əmrullayev və rektor professor Ədalət Muradov UNEC-in şəhid olmuş tələbə və məzunlarının xatirəsinə ucaldılan abidəni ziyarət edərək, önünə gül dəstələri düzüblər, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra Emin Əmrullayev UNEC-in yeni qurulan Rəqəmsal Mətbəəsi ilə tanış olub. Bildirilib ki, mətbəə kitab və jurnalların çap edilməsi, cildlənməsi, eləcə də bütün növ materialların üzərində promo məhsulların hazırlanması üçün ən müasir tələblərə cavab verən, yüksək sürətli avadanlıqla təchiz edilib.

Nazir İmtahan zalı ilə də tanış olub. İmtahan zalında 200 nəfərin eyni anda imtahan verməsi üçün bütün şərait yaradıldığı qeyd edilib.

Emin Əmrullayev, həmçinin yenilənmiş və müasir texnologiyalarla təchiz olunmuş Karyera Mərkəzi ilə tanış olub. Məlumat verilib ki, mərkəzdə korporativ təlimlərin keçirilməsi, dövlət və özəl sektorların nümayəndələri ilə görüşlərin təşkili, karyera ilə bağlı müzakirələrin aparılması üçün geniş imkanlar mövcuddur.

Sonra müasir tələblərə cavab verən yeni Müzakirə zalında nazir Emin Əmrullayev, rektor Ədalət Muradov, prorektorlar, dekanlar və müvafiq struktur rəhbərlərinin iştirakı ilə ali təhsilin aktual məsələləri ilə bağlı geniş müzakirələr aparılıb. Rektor Ədalət Muradov Qarabağda UNEC-in filialının açılmasını təklif edib.

Əvvəlki Yazı

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 142-ci mövsümü açıq elan edib

Növbəti Yazı

Sitrus meyvələrinin ixracı 10 dəfədən, nar ixracı 3 dəfədən çox artıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.