Avqust 21, 2025-23:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

UNEC-də tələbələrin yaşıl iqtisadiyyata həsr olunan beynəlxalq konfransı keçirilib

2024:05:30 - 15:20
in SOSİAL
A A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbində “Dayanıqlı inkişaf şəraitində yaşıl iqtisadiyyat: çağırışlar və gözləntilər” mövzusunda tələbə və gənc tədqiqatçıların beynəlxalq elmi-praktik konfransı keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, altı ölkənin 200-dən çox gənc tədqiqatçısını bir platformada toplayan beynəlxalq konfransın açılışında universitetin elm və innovasiyalar üzrə prorektoru dosent Fariz Əhmədov çıxış edib. O, müasir iqtisadiyyatın aktual tədqiqat sahəsinə çevrildiyini diqqətə çatdıraraq, COP-29-la bağlı UNEC-də keçirilən tədbirlərdən və gənclərin bu istiqamətdə üzərinə düşən vəzifələrdən danışıb.

Rus İqtisad Məktəbinin direktoru dosent Mənsur Bərxudarov tədbirdə elm və təhsil nümayəndələri ilə yanaşı, özəl və dövlət sektorlarının nümayəndələrinin də təmsil olunduğunu qeyd edərək, beynəlxalq konfransda yaşıl iqtisadiyyatın Azərbaycan, o cümlədən dünya qarşısında qoyduğu məsələlərlə bağlı müzakirələrin aparılacağını qeyd edib.

Sonra məruzəçilər qismində çıxış edən UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru professor Yadulla Həsənli, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü professor Bəhram Əliyev yaşıl iqtisadiyyatın ayrı-ayrı aspektləri, həlli tələb olunan məsələlər, təhsil sahəsinin bu proseslərdə yeri və rolu haqqında danışıblar.

Beynəlxalq konfrans 7 panel sessiya üzrə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, Rusiya, Türkiyə, Qazaxıstan, Belarus və Yunanıstanın tələbə, magistrant və doktorantlarının məruzələri ilə davam edib. UNEC-in nüfuzlu alimlərinin, eləcə də yaşıl iqtisadiyyatla bağlı tanınmış elm nümayəndələrinin moderator qismində çıxış etdikləri sessiyalarda mövzu ilə bağlı maraqlı müzakirələr də aparılıb.

Konfransın sonunda Rus İqtisad Məktəbinin yaradıcı klubunun üzvləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

Əvvəlki Yazı

Ərdoğan Suriyanın şimalında keçirilməsi planlaşdırılan seçkilərə münasibət bildirib

Növbəti Yazı

Coğrafiya İnstitutunun icraçı direktoru Moskvada keçirilən beynəlxalq seminarda çıxış edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.