BMT Baş Assambleyasının (BA) sessiyası çərçivəsində iki dövlətin – İsrail və Fələstinin birgəyaşayış konsepsiyasının həyata keçirilməsinə dair konfrans keçiriləcək. Bunu 10-da Fransa prezidenti Emmanuel Makron Avstraliya və Yeni Zelandiyanın baş nazirləri Entoni Albanese və Kristofer Laksonla telefon danışığından sonra bildirib.
“Fransa, Avstraliya və Yeni Zelandiyanı HƏMAS tərəfindən saxlanılan bütün girovların dərhal azad edilməsinə nail olmaq, Qəzza zolağına humanitar yardımın maneəsiz çatdırılmasını təmin etmək və iki dövlətin birgə yaşayışına əsaslanan siyasi həlli həyata keçirmək üçün ümumi iradə birləşdirir”, – deyə Fransa lideri qeyd edib. “Biz Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçiriləcək iki dövlətli həll konfransı öncəsi bunun üzərində birlikdə işləyirik”.
İyulun 24-də Makron BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fələstin dövlətini tanımağa hazır olduğunu bəyan edib. İyulun 29-da Böyük Britaniyanın baş naziri Key Starmerin ofisi İsrailin Qəzza zolağında hərbi əməliyyatlarını davam etdirəcəyi və ora humanitar yüklərin çatdırılmasının qarşısını almayacağı təqdirdə BMT Baş Assambleyasının sessiyasına qədər Fələstin dövlətinin tanınmasının mümkünlüyü ilə bağlı bəyanat yayıb. Bundan əvvəl oxşar niyyətləri daha 11 Avropa ölkəsi, eləcə də Avstraliya və Yeni Zelandiyanın xarici işlər nazirləri səsləndirmişdi. Kanadanın baş naziri Mark Karni Fələstini tanımaq planlarını açıqlayıb. (Tass)