Həftələrlə İsrailin intensiv atəşinə məruz qalan Qəzza zolağında hər gün 400-dən çox uşaq ölür və ya yaralanır. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu Əl-Cəzirə telekanalına məlumat verib.
“Qəzza zolağında uşaqların öldürülməsi ilə bağlı gündəlik statistika dəhşətlidir. Qəzza zolağında hər gün 420 uşaq ölür və ya yaralanır”, – kanalın həmsöhbəti qeyd edib.
Onun sözlərinə görə, “Qəzza zolağı uşaqlar üçün qəbiristanlığa çevrilib, qətllər dayandırılmalıdır”.
BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Yaxın Şərq üzrə Baş Komissarı Filip Lazzarininin daha əvvəl bildirdiyi kimi, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri Qəzza zolağında həlak olanların təxminən 70%-ni qadınlar və uşaqlar təşkil edir. (Tass)