Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, İsrail hakimiyyəti onun Qəzza zolağına ikinci dəfə girişinə icazə vermir. Bu barədə o, X (keçmiş Twitter) səhifəsində yazıb.
“İsrail hakimiyyəti BMT-yə humanitar yardımların daxil olmasına icazə verməməkdə davam edir. Məhz bu həftə onlar mənim Qəzzaya ikinci dəfə girişimə icazə vermədilər. Mən burada UNRWA qruplarımızla, o cümlədən cəbhə xəttində olanlarla birlikdə olmağı planlaşdırırdım” deyə o yazıb. Mart ayında Lazzarini həmçinin bəyan edib ki, İsrail rəsmiləri onun Qəzza zolağına daxil olmasına icazə vermir. (Tass)