Uqanda prezidenti Yoveri Museveni son etirazların təşkilatçılarını onun xarici mənşəli olduğunu iddia etdiyi maliyyə mənbələrini açıqlamağa çağırıb. Onun sözlərini “Star” qəzeti sitat gətirir.
Uqanda liderinin sözlərinə görə, iyulun 23-də təşkil edilən etiraz aksiyaları xarici maliyyə mənbələrinə malik olub. Bundan əvvəl ən azı 70 etirazçının saxlanıldığı bildirilirdi. “Nümayişlərin bəzi təşkilatçıları və iştirakçıları Uqanda xalqına [zərər verməyi] planlaşdırırdılar. Bu faktlar məhbusların məhkəməsində ortaya çıxacaq. Ola bilsin ki, iştirakçıların bəziləri planlaşdırılan xaricdən maliyyələşmədən xəbərsiz olublar”, – o, bildirib.
ABŞ-ın Kampaladakı səfirliyi dinc nümayişçilərin saxlanmasını pisləyib. Səfirliyin bəyanatında deyilir ki, ifadə azadlığı və dinc toplaşmaq demokratiyanın əsas prinsipləridir. (Tass)