Sentyabr 10, 2025-9:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Uqandalı nazir “ASAN xidmət”də

2025:08:27 - 11:03
in SİYASƏT
A A

Ölkəmizdə səfərdə olan Uqanda Respublikasının xarici işlər üzrə dövlət naziri Con Mulimbanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qonaqları salamlayan Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib. Hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Görüş zamanı Uqandada “ASAN xidmət” təcrübəsi əsasında yaradılmış Xidmət Mərkəzlərinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində aparılan işlər müzakirə edilib.

Uqandalı nazir ölkəsindəki Xidmət Mərkəzlərinin fəaliyyəti nəticəsində vətəndaş məmnunluğunun artdığını qeyd edərək Azərbaycan tərəfinə göstərilən dəstəyə görə təşəkkürünü çatdırıb. Həmçinin o, vətəndaşların dövlət xidmətlərinə əlçatanlığını təmin edən Səyyar ASAN xidmət təcrübəsinin də Uqandada tətbiqində maraqlı olduğunu bildirib.

Xatırladaq ki, hazırda Uqandada “ASAN xidmət” təcrübəsi əsasında 6 mərkəz fəaliyyət göstərir.

Nümayəndə heyətinə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə əlaqədar da ətraflı məlumat verilib.

 

Əvvəlki Yazı

DSMF: Şəxsiyyət vəsiqəsi olmadan sosial ödənişlərin həyata keçirilməsi mümkün deyil

Növbəti Yazı

Azərbaycanda yeni nəsil mandarin dilini bilən bələdçilərin hazırlanması üçün təlim proqramı reallaşdırılacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.