Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında dördüncü telefon danışığı 1 saat 10 dəqiqə davam edib, Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.
O, jurnalistlərə açıqlamasında “Təxminən bir saat əvvəl prezidentimizlə ABŞ prezidenti Donald Tramp arasında dördüncü telefon danışığı başa çatıb. Söhbət təxminən 1 saat 10 dəqiqə davam edib” deyib.