İyul 12, 2025-5:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Uşaqlarla peşəkar əlaqə: Yeni çağırışlar və perspektiv bacarıqlar” adlı multidisiplinar konfrans keçirilib

2025:07:07 - 12:29
in SOSİAL
A A

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Uşaqlarla peşəkar əlaqə: Yeni çağırışlar və perspektiv bacarıqlar” adlı multidisiplinar konfrans keçirilib.

BŞİH-dən AZƏRTAC-a bildirilib ki, konfrans Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında Uşaq hüquqlarının müdafiəsi komissiyasının məsul katibi Zülfiyyə Həsənovanın moderatorluğu ilə keçirilib. Tədbiri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Muradova açıb. Daxili İşlər Nazirliyi Polis Akademiyasının “Daxili İşlər Orqanlarının inzibati fəaliyyət” kafedrasının rəisi Rafiq Nəcəfquliyev şəxsi təcrübələrinə əsaslanaraq, mövzu ilə əlaqədar problemlərin həlli yollarını müzakirə edib və bu sahədə xarici ölkələrin təcrübəsindən istifadənin vacibliyini vurğulayıb.

Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaq sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova çıxışında ailə-uşaq-məktəb üçlüyünün əlaqəli işləməsinin faydalı olduğunu bildirib.

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Həbib Kərimov problemin müxtəlif məqamlarına toxunaraq sosial pedaqoqların, məktəb psixoloqlarının və müəllimlərin uşaqların inkişafında, onların hüquqlarının müdafiəsindəki mühüm rolundan danışıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Stasionar sosial xidmətin təşkili departamentinin müdiri Məftunə İsmayılova çıxışında xüsusilə maarifləndirmənin əhəmiyyətini qeyd edib.

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva isə qurumların koordinasiyalı iş görməsinin əhəmiyyətindən söz açıb.

Bakı Şəhər Baş Polis İdarəsinin baş inspektoru, polis polkovnik-leytenant Kəmalə Ələkbərova, 57 nömrəli məktəbin direktoru Aytən Sadıqova, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Həssas əhali qrupları ilə iş departamentinin Dövlət proqramları şöbəsinin əməkdaşı Nərmin Hasilova, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin əməkdaşı Ülkər Əlizadə də fikirlərini bildirib.

Konfrans müzakirələrlə davam edib.

Əvvəlki Yazı

Daşınmaz əmlaka görə ödənilmiş ƏDV-nin geri alınması ilə bağlı 868 müraciətə imtina verilib

Növbəti Yazı

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Səudiyyə Ərəbistanına səfərə gedib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.