Qəzza zolağında həlak olanların 60%-dən çoxu qadın və uşaqlardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) işğal olunmuş Fələstin ərazilərindəki nümayəndəsi Riçard Piperkorn Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, cəmi 60 gün davam edən döyüşlərdə 16 minə yaxın insan həlak olub.
“60 gündən az bir müddətdə, demək olar ki, 16 min insan öldü, onların 60%-dən çoxu qadın və uşaqlar idi. 42 mindən çox insan yaralandı. Statistikanı bilirik: Qəzzada orta hesabla hər 10 dəqiqədən bir uşaq ölür”. Pieperkorn bildirib. O qeyd edib ki, vəziyyət “saatdan saata pisləşir”, bombardmanlar davam edir və məcburi köçkünlərin sayı artır. “Bir çox insanlar çıxılmaz vəziyyətdə və şokdadır” deyib ÜST nümayəndəsi.
“İnanıram ki, biz bəşəriyyətin ən qaranlıq saatına yaxınlaşırıq” deyən təşkilat nümayəndəsi “davamlı atəşkəsin” zəruri olduğunu vurğulayıb. Onun sözlərinə görə, ən böyük narahatlıq döyüşlər nəticəsində zədələnmiş “sağlamlıq infrastrukturunun zəifliyi”dir. Pieperkorn bildirib ki, anklavın şimalında baş verənlər cənubda təkrarlanmamalıdır, çünki sağlamlıq ehtiyacları kəskin şəkildə artıb. (Tass)