Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün hakimiyyətdəkiləri Yaxın Şərqdə dərhal atəşkəs əldə etməyə çağırır. Bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Qəzza zolağında intensiv bombardmanların baş verməsi ilə bağlı xəbərlər son dərəcə narahatedicidir. Belə şəraitdə xəstələri təxliyə etmək və ya təhlükəsiz sığınacaq tapmaq mümkün deyil. Elektrik kəsilməsi səbəbindən təcili yardım maşınları da yaralılara çata bilmir. Bizdə hələ də işçilərimiz və tibb müəssisələrimizlə ünsiyyət yoxdur. Mən onların təhlükəsizliyindən narahatam. ÜST atəşkəs əldə etmək səlahiyyətinə malik olan hər kəsi indi hərəkətə keçməyə çağırır”, – ÜST rəhbəri bildirib. (Tass)