Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus İsrail və radikal Fələstinin Həmas qruplaşması arasında 50 girovun azad edilməsi və hərbi əməliyyatlara dörd günlük fasilə verilməsinə dair razılaşmanı alqışlayıb. Eyni zamanda o, bütün girovların azad edilməsinə yönəlmiş səylərin davam etdirilməsinin zəruri olduğunu vurğulayıb.
Qebreyesus X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb: “Biz İsrail və HƏMAS arasında 50 israilli girovun azad edilməsinə dair razılaşmanın elan edilməsini alqışlayırıq”. “Biz həmçinin döyüşlərdə dörd günlük fasiləni alqışlayırıq ki, bu da Qəzzaya daha çox yardımın təhlükəsiz şəkildə çatdırılmasına imkan verəcək”, o əlavə edib.
“Lakin bu, mülki əhalinin iztirablarına son qoymaq üçün kifayət deyil. Qalan girovların azad edilməsi üçün səylər davam etdirilməlidir və bir daha təkrar edirəm ki, hələ də əsirlikdə olanlara bütün lazımi tibbi yardım göstərilməlidir”, – ÜST rəhbəri bildirib. O qeyd edib ki, ÜST “bütün girovların azad edilməsinə” və həmçinin “Qəzza zolağındakı mülki əhalinin yenidənqurma üçün davamlı, təhlükəsiz və geniş dəstək ala bilməsi” üçün atəşkəs elan etməyə davam edir.
İsrail hökuməti noyabrın 22-nə keçən gecə çoxsaatlıq xüsusi iclasdan sonra dörd gün ərzində Qəzza zolağından ən azı 50 girovun geri qaytarılmasını nəzərdə tutan planı təsdiqləyib, bundan sonra anklavda hərbi əməliyyatlar bərpa olunacaq. İsrail Ədliyyə Nazirliyi noyabrın 22-də səhər saatlarında saziş çərçivəsində azad oluna biləcək 300 fələstinli məhbusun siyahısını dərc edib. (Tass)