İyun 14, 2025-12:16
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MANŞET

Utananın oğlu olmur…

2025:05:23 - 10:40
in MANŞET
A A

Bu yaşıma qədər utanmağın nə olduğunu tam qavraya bilməmişəm. Məsələn, elə bir davranış varmı ki, ondan utanmağa dəyər? Məncə var. Oğurluq etmək, yalan danışmaq və onun üzə çıxması. Bunlar ən primitiv olanlardır. Təsəvvür edin, oğurluq etmisiniz, polis sizi tutub. Evində oturan yüzlərlə ailə televiziyadan sizi izləyir. Siz də deyirsiniz ki, etdiyim əməldən peşman deyiləm. Necə peşman deyilsən? Başqasının sahib olduğu malı mənimsəmisən. Sənə aidiyyəti olmayan bir şeyi səninmiş kimi götürmüsən, amma peşman deyilsən. Mənə faciəvi gələn bu hadisə kimlərinsə qürur mənbəyidir. “Kasıbların dostu olan oğru filankəs” yanaşması kimi. Hələ şüarları da olur belələrinin.

Hansısa qızın açıq geyimdən utandığı halda başqalarının öz fotolarını bilərək sosial mediada yaydığı dövrdə utanmaq o qədər nisbi anlayışdır ki… Özü də söhbət sadəcə qısa ya da açıq paltardan getmir “anadangəlmə” pirüpak fotolarının öz istəyi ilə yayılmasından  gedir. Belə ki, sən ağlından keçəndə belə utanıb yerə girdiyin şeyi başqaları qürurla nümayiş etdirdiyi təzadlı dünyada utanmağı unutmağımız normaldır.

Utanmağı abır-həya ilə də əlaqələndirirlər. Bizim ailədə atam nənə-babamın, hətta özündən böyük qardaşının yanında belə bizi əzizləməyib. Amma xoşbəxtlikdən onların yanında səsini də yüksəltməyib. Qısacası qayda belə idi: böyüklərin yanında uşağı sevmək və döymək olmaz. Niyə olmaz? Bunu heç kəs bilmirdi. 5-6 yaşım olardı bir gün  nənəmin yanında  atamı qucaqladım. Atam normalda məni çox sevir amma həmin an qucaqlamadı. Uşaq olanda fərqinə varmasam da, artıq böyümüşdüm və bu məni üzdü. Oradaca nənəmdən soruşdum: – Niyə sizin yanınızda atam özünü bizi tanımırmış kimi aparır? Nənəm bərkdən güldü: – Utanır da, ay qızım, elə ona görə oğlu olmayıb. Mən “axı niyə utanır”, “Atam utanır deyə qardaşım olmayıb. Onda utanmaq pis şeydi” suallarını verə bilmədim. Atam artıq mövzunu dəyişmişdi.

Həmin gün sualıma cavab tapa bilmədim. Artıq mən utanmamalı olduğum məqamlarda da utanmağa vərdiş etdim. Söhbət əsnasında öz fikrimi bildirməyim üçün gərək öncə qarşımdakı ilə yaş fərqimi hesablamalı, onun duyğusallıq səviyyəsinə baxmalı, ən əsası birdən bildirdiyim fikirdə yanılaram deyə bunların hamısını nəzərə almalıydım. Daha sonra ağzımı açmaq istəyəndə, baxıram söhbətin dəyişməyi bir yana qalsın, artıq məclis dağılışıb.

Başqasının yerinə utanmaq isə həyatımın bir parçasıdır. Hər gün kiminsə yerinə utanmasam, o günü yaşamamış sayıram. Doğrusu, bu qədər utanmaq məni yorur. Dünyada insanlar olduğu müddətcə fərqlilik, mövzulara müxtəlif yanaşma tərzi olacaq. Lakin sırf bu mövzuda olan fərqlilik məni narahat edir. Utanıb çəkindiklərimiz tərəzinin bir gözündə, utanmayıb nümayiş etdirdiklərimiz isə digər gözündə olanda, tarazlıq saxlanılır. Məncə, bu tarazlıq kiminsə komplekslərinin, kiminsə abırsızlığının qarşısını alacaq. Bəzilərinə isə daha çox sevgi göstərməyə, daha uğurlu olmağa şərait yaradacaq.

Nənəmə sual verdiyim gündən sonra mən utanmağın nə olduğunu, hansı məqamlarda utanmalı olduğumu heç vaxt müəyyən edə bilmədim. Qısa müddət sonra mənim qardaşım dünyaya gəldi. Amma nənəm demişdi ki, utananın oğlu olmur…

Sevil Seymur

Əvvəlki Yazı

DİN: Ötən gün 79 cinayətin üstü açılıb

Növbəti Yazı

İtaliyalı zabitə Azərbaycan HDQ komandanı adından “Dənizçi kortiki” hədiyyə olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.