May 18, 2025-14:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Vətən müharibəsi iştirakçıları Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul olunub

2023:10:23 - 10:59
in SİYASƏT
A A

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən müharibəsində iştirak etmiş daha 8 nəfər veteranı həqiqi hərbi xidmətə qəbul edib. Xidmətə qəbul olunan zaman namizədlərin bilik və fiziki hazırlıq səviyyələri yoxlanılıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, xidmətin rəisi Mürsəl İbrahimov yeni həqiqi hərbi xidmətə qəbul olunan hərbi qulluqçularla görüşərək, onlara xidməti vəsiqələrini təqdim edib, tapşırıq və tövsiyələrini verib. 8 nəfərdən 4 nəfər leytenant rütbəsi ilə xidmətə qəbul edilib. Xidmətə qəbul olunan mülki şəxslərdən 4 nəfərə isə leytenant ilk hərbi rütbəsi verilib.

“Bu ilin avqust ayında biz 9 nəfər veteranı işə qəbul etmişik. Çox sevindirici haldır ki, İkinci Qarabağ müharibəsinin iştirakçıları xidməti davam etmək üçün bizim qurumu seçib. Məhz bu qəhrəmanların şücaəti nəticəsində bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub. Artıq Xankəndi, Xocavənd, Xocalı, Əsgəran, Ağdərə və Sərsəng su anbarının ərazisində də Azərbaycan bayrağı dalğalanır. Həqiqi hərbi xidmətə qəbul olunanlara uğurlar diləyirəm, çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram”, – deyə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov bildirib.

Qeyd edilib ki, hərbi xidmətə qəbul olunan veteranlar müharibədə iştirak etdiklərinə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif olunublar.

Əvvəlki Yazı

“Sonuncu dərs” çox seriallı uşaq filminin çəkilişlərinə start verilir

Növbəti Yazı

Azərbaycanda mebel istehsalı idxalını 2 dəfə üstələyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.