“Report” xəbər verir ki, o, jurnalistlərə açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini söyləyib.
“Vətənə qayıtdığıma görə çox xoşbəxtəm. Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm. Bilirdim ki, məni əsirlikdən xilas edəcək”, – R.Pənahov vurğulayıb.
Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.