İyun 19, 2025-15:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Vətən müharibəsi qazisi: Yollar özü bizi Şuşaya, oradan da Xankəndiyə apardı…

2023:11:09 - 11:52
in SİYASƏT
A A
“Üç il əvvəl haqq savaşında döyüş yolum Füzuli rayonundan başladı. Ardınca Xocavənd rayonu istiqamətində aparılan hərbi əməliyyatlarda iştirak etdim. Qazanılan qələbələr bizi Şuşaya doğru aparırdı. Döyüş tapşırıqlarını uğurla yetirərək qədim şəhərimiz uğrunda həlledici döyüşə atıldıq. İlk dəfə Füzulidə yaralansam da, məqsədim Şuşaya çatmaq idi. Odur ki, döyüşlərə davam etdim. Noyabrın 5-də isə ikinci dəfə yaralandım, bu dəfə isə Şuşada. Yaralanmağıma təəssüflənsəm də, arzuma çatmışdım. Şuşaya daxil ola, onu tapdaqdan qurtarmaq üçün döyüşə bilmişdim. Şuşadan yalnız noyabrın 8-də təxliyə oluna bildim”.

Bunu AZƏRTAC-a müsahibəsində İkinci Qarabağ müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümü ilə bağlı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin qazisi Vüsal Həsənov deyib.

V.Həsənov Şuşaya daxil olmağın çətin, eyni zamanda, şərəfli missiya olduğunu diqqətə çatdırıb.

“Bu ilin sentyabrında 24 saat başa çatmadan aparılan lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın konstitusiya quruluşu bərpa edildi. Növbəti Qələbəmiz nəticəsində Ordumuz peşəkarlığını, döyüş ruhunu, planlı şəkildə fəaliyyətini dünyaya nümayiş etdirdi. Yollar özü bizi Şuşaya, oradan da Xankəndiyə apardı. Bu gün artıq azad edilmiş bütün torpaqlarımızı üçrəngli bayrağımız bəzəyir. Zəfərimizin üçüncü ildönümündə Xankəndində keçirilən hərbi parad isə hər birimizi daha da qürurlandırdı”, – deyə qazi fikirlərini yekunlaşdırıb.

Əvvəlki Yazı

“Azərişiq” Füzuliyə köçürülən sakinləri işlə təmin edir

Növbəti Yazı

Azərbaycanın göndərdiyi növbəti humanitar yardım Ukraynaya təhvil verilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.