Avqust 25, 2025-13:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Vətən müharibəsindəki Qələbəmiz düşmənin bizə qarşı ritorikasını da dəyişib ŞƏRH

2024:10:16 - 18:00
in SİYASƏT
A A

Vətən müharibəsindən sonra əldə etdiyimiz Zəfər və regionda tarixi ədalətin bərpa edilməsi bir çox reallıqları ortaya qoydu. Müharibədən öncə, hələ işğal dövründə Ermənistana əvvəllər rəhbərlik edən cinayətkar ünsürlərin ölkəmizə qarşı təhdid ritorikasını Qərbin “demokratik lider” donu geyindirməyə çalışdığı Nikol Paşinyan da davam etdirdi. Sülh və danışıqlar prosesinə ümid etdiyimiz dönəmdə Ermənistana rəhbərlik edənlərin bizə qarşı yeni ərazi iddiaları irəli sürmələri danışıqlar prosesinin iflası demək idi. Vasitəçilik rolunu öz üzərinə götürənlər də, bizə Qarabağı və işğalda olan digər əraziləri unutmağı, gənc nəsli sülhə hazırlamağı tövsiyə edirdilər. Otuz ilə yaxın danışıqlar prosesinin məqsədi də elə bundan ibarət idi. Ancaq Ermənistan və ona işğalçılıqda hər cür havadarlığı edən qüvvələr hər şeyi hesabladıqlarını düşünsələr də yanılmışdılar. Onlar günlərin birində Azərbaycan xalqının səbir kasasının daşacağını və dəmir yumruq kimi birləşə biləcəyini hesablamamışdılar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov səsləndirib.

Politoloq əlavə edib: “Belə olduğu təqdirdə xalq və dövlət olaraq haqlı olduğumuzu güc yolu ilə isbat etməyə qərar verdik. Otuzillik düşmənə ağ bayraq qaldırtmaq üçün bizə cəmi 44 gün lazım olsa da, onun terror köklərini doğma torpaqlarımızdan təmizləməyə isə 23 saat kifayət etdi. Biz əsas hədəfimiz sayılan ərazi bütövlüyümüzə və suverenliyimizin təmin edilməsinə nail olduq. Ancaq düşmən müharibə günlərində də hədələyici bəyanatlarından əl çəkmirdi. Döyüş meydanında əsgər və zabitimizin qabağından qaçıb gizlənən, on mindən artıq fərarisi olan Ermənistan rəhbərliyi müharibə meydanından əhəmiyyətli dərəcədə uzaqda yerləşən şəhərlərimizi, orada yaşayan körpə, qadın və ahıl vətəndaşlarımızı hədəfə alırdı”.

Xəyal Bəşirov qeyd edib ki, müharibədən cəmi bir il öncə, yəni, 2019-cu ildə “Qarabağ Ermənistandır” deyib Şuşada sərxoş vəziyyətdə yallı gedən erməni baş nazir çox keçmədən “biz Azərbaycanın ərazi bütövlüyünü hələ 1991-ci ildə Alma-Atıda tanıdığımızı bəyan etmişik” deyəcəkdi.

“Ancaq bütün bu olanların heç biri reallıqları dəyişmir və dəyişə də bilməyəcək: nə 30 illik işğalı, nə onun vandalizmlə dolu nəticələrini, nə də bizim Qələbəmizi və onun ölkəmizin də daxil olduğu regionumuza gətirdiyi reallıqları. Artıq çox şey dəyişib və ən maraqlısı isə odur ki, bizim möhtəşəm Qələbəmiz düşmənin özü haqqında yaratdığı cəfəng miflərlə yanaşı, onun bizə qarşı ritorikasını da dəyişib. Ancaq çox təəssüflər olsun ki, bu gün Cənubi Qafqazın bütün bu reallıqlarını görən, ancaq onları heç cürə qəbul edib həzm edə bilməyən bəzi qüvvələr hər vəchlə Ermənistanı köhnə iddialarına və ritorikasına qaytarmağa çalışırlar. Ancaq anlamırlar ki, nə zaman əvvəlki zaman, nə Azərbaycan əvvəlki Azərbaycan, nə də bu günün reallıqları əvvəlki reallıqlar deyil. Hər şey dəyişib, cənablar! Şərtlər və zaman Azərbaycanın xeyrinə işləyir. Müharibədən və onun Ermənistan üçün doğurduğu ağır və acı nəticələrdən keçən hər il, hər ay, hər gün və hər saat bizə işləyir. Ona görə də Ermənistanın uzatmağa və hətta pozmağa çalışdığı həqiqi sülhün olmadığı hər an Ermənistanın və erməni xalqının əleyhinədir. Buyurun, seçim sizindir. Seçim ermənidən daha çox erməni olanların deyil, elə ermənilərin özünündür”, – deyə Xəyal Bəşirov vurğulayıb.

 

 

 

Əvvəlki Yazı

Sabah Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq

Növbəti Yazı

Almaniya Müdafiə Nazirliyinin başçısı BMT qüvvələrinin Livandakı mövqelərinə hücumları dayandırmağa çağırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.