May 10, 2025-3:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya xidmətləri göstərilib

2023:10:11 - 16:13
in SOSİAL
A A

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) və Azərbaycan Respublikası Mediasiya Şurası vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya xidmətləri göstərib.

Xidmətlərin göstərilməsi “Heydər Əliyev İli” ilə əlaqədar olaraq ARVK-nin tədbirlər planı çərçivəsində həyata keçirilib.

ARVK-dan AZƏRTAC-a verilən məlumata görə, Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri və Sumqayıt 1 saylı Mediasiya təşkilatının mediatorlarının birgə iştirakı ilə “Vəkillik və mediasiya xidmətinin praktiki məsələləri” mövzusunda dəyirmi masa keçirilib, o cümlədən vətəndaşlara ödənişsiz hüquqi yardım və mediasiya üzrə məsləhətlər verilib.

Dəyirmi masa iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub, sonra Heydər Əliyev Muzeyində qorunub saxlanan eksponatlarla tanış olublar.

Çıxış edən natiqlər ölkəmizdə vəkillik təsisatının güclənməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin əzmkar fəaliyyətindən bəhs edərək, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini vurğulayıblar. Həmçinin qeyd olunub ki, ölkəmizdə mediasiya institutunun təşəkkül tapması bilavasitə dövlətimizin başçısının adı ilə bağlıdır.

Eyni zamanda, dəyirmi masada vəkil mediator münasibətlərinin düzgün təşkil olunması, fəaliyyətin uzlaşdırılması istiqamətində geniş müzakirələr aparılıb.

Sonda hüquqi yardıma ehtiyacı olan şəxslərə yardım göstərilib.

Bundan başqa, oktyabrın 10-da aksiya ilə əlaqədar Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Naxçıvan Muxtar Respublikasına (MR) səfər ediblər. Vəkillər Naxçıvan MR Vəkillər Kollegiyasının inzibati binasında 16 vətəndaşa hüquqi yardım göstərib, məsləhətlər verib, həmçinin müvafiq yazılı ərizələr tərtib ediblər.

Həmçinin Gəncə şəhər 1 saylı Vəkil Bürosu tərəfindən Gəncə şəhərində 17 nəfərə ödənişsiz hüquqi yardım göstərilib.

Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, pul tələbi, kredit mübahisəsi, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.

Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar ARVK tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir.

Əvvəlki Yazı

ABŞ və müttəfiqləri Hizbullaha İsraildəki münaqişəyə müdaxilə etməmək barədə xəbərdarlıq edib

Növbəti Yazı

Şəkidə arıçılığın inkişafı layihəsinə 85 min manat güzəştli kredit verilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.