İyun 15, 2025-14:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Vahid Novruzov: “Azərbaycanda şübhəli maliyyə əməliyyatlarına qarşı məsuliyyət artırılmalıdır”

2025:05:23 - 10:25
in İQTİSADİYYAT
A A

Azərbaycanda nəzarət orqanları şübhəli maliyyə əməliyyatlarına qarşı daha məsuliyyətli olmalıdır.

“Report‘ xəbər verir ki, bunu Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi bu gün bütün ölkələrin narahat olduğu qlobal problemlərdən biri olaraq qalır.

V. Novruzov nəzarət orqanlarının məsuliyyətinə toxunaraq təəssüflə qeyd edib ki, bir çox qurumlar, o cümlədən auditorlar şübhəli maliyyə əməliyyatlarının aşkarlanmasına yetərincə diqqət yetirmir və nöqsanları vaxtında aşkar etmirlər: “Bunlar həm hüquqi məsuliyyətə, həm də peşəkar nüfuz itkilərinə səbəb olur”.

Onun sözlərinə görə, nəzarət orqanlarının məsuliyyəti yalnız texniki yoxlamalarla məhdudlaşmamalı, eyni zamanda etik prinsiplərə əsaslanaraq şəffaflığı təşviq etməli və maliyyə sisteminin sağlamlığına töhfə verməlidirlər: “Peşəkar fəaliyyət və sosial məsuliyyət anlayışı işimizin ayrılmaz hissəsi olmalıdır”.

Palata sədri vurğulayıb ki, bu sahədə beynəlxalq audit standartlarına, xüsusilə 240 və 250 saylı standartlara əməl olunması vacibdir.

Onun fikrincə, mühasiblər və auditorlar həm çirkli pulların aşkarlanması, həm də hüquqi uyğunluğun təmin olunmasında aktiv rol oynamalıdır.

O əlavə edib ki, çirkli pulların yuyulması və kibercinayətkarlıqla effektiv mübarizədə müasir texnologiyalar və süni intellektin istifadəsi nəzarət orqanlarının diqqət mərkəzində olmalıdır.

Palata sədri beynəlxalq əməkdaşlığın əhəmiyyətini də xüsusi vurğulayıb: “Nəzarət orqanları xarici həmkarlarla və beynəlxalq təşkilatlarla – BMT, MONEVAL, FATF kimi qurumlarla əməkdaşlıq etməli, informasiya mübadiləsi aparmalıdırlar”.

Əvvəlki Yazı

Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib

Növbəti Yazı

DİN: Ötən gün 79 cinayətin üstü açılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.