ABŞ Ukrayna münaqişəsinin həlli üçün Rusiya ilə işləməyə və Rusiya və Amerika liderlərinin təşəbbüsü ilə aparılan danışıqları davam etdirməyə hazırdır. Bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valts Fox News-a müsahibəsində bildirib.
Ondan gələn həftə ABŞ və Rusiya arasında danışıqların həqiqətən də Səudiyyə Ərəbistanında baş tutub-tutmayacağını təsdiqləməsi istənilib. “ABŞ prezidenti Donald Tramp şəxsən Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara başlayıb və biz bu danışıqları yaxın həftələrdə davam etdirəcəyik. O (Tramp) münaqişəni dayandırmaq üçün tez hərəkətə keçməyə hazırdır”, – amerikalı rəsmi cavab verib. (Tass)