ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Mayk Vals çərşənbə günü “rusiyalı həmkarı” ilə telefon danışığı aparıb və tərəflər Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müzakirə ediblər. Bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.
“Milli təhlükəsizlik müşavirimiz Mayk Vals bu gün rusiyalı həmkarı ilə telefonla danışıb ki, münaqişəyə son qoyulması və Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunmasına nail olunsun”, o, Fox News-a müsahibəsində deyib. Leavitt, Valsın hansı Rusiya nümayəndəsi ilə danışdığını dəqiqləşdirməyib. (Tass)