Ukrayna Amerika vergi ödəyicilərindən milyardlarla dollar almasına baxmayaraq, dünyanın ən korrupsiyalaşmış ölkəsi olaraq qalır. Bu fikri ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals deyib.
“Ukrayna dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri olub və belə də qalır. Biz [Amerikanın] vergi ödəyicilərinin pullarına qənaət etməyə çalışmalıyıq və milyardlarla dollar gəlir”, o, Fox News-a müsahibəsində deyib.
Vals əlavə edib ki, Volodymyr Zelensky ABŞ prezidenti Donald Trampla “yan-yana otura bilərdi” və faydalı qazıntılar haqqında saziş imzalaya bilərdi, amma bunun əvəzinə qalmaqal yaratdı. (Tass)