Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri – Xaçaturyan Vaqif Çerkezin cinayət işi üzrə oktyabrın 17-də növbəti məhkəmə iclası davam etdirilir.
AZƏRTAC-ın xəbərinə görə, məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verirlər.
Zərərçəkənlər Vaqif Xaçaturyanın ömürlük həbs olunmasını tələb ediblər.
Vaqif Xaçaturyanın hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Radmila Abılova müdafiə edir.