Polşa artıq ukraynalılara həmvətən kimi yanaşa və onlara eyni imtiyaz və sosial təminat verə bilməz. Bunu Britaniyanın “Financial Times” qəzetinə müsahibəsində Varşava meri və hakim Vətəndaş Koalisiyasından Polşa prezidentliyinə namizəd Rafal Trzaskowski deyib.
“Miqrasiya müavinətlərinə gəlincə, biz ukraynalılara öz vətəndaşlarımız kimi yanaşırdıq, bu, əlbəttə ki, əvvəldən tərifə layiq idi, lakin biz bunu əbədi davam etdirə bilmərik”, – deyə siyasətçi qeyd edib. “Bu, sadəcə sağlam düşüncədir və mən bunun sağa əyilmə ilə heç bir əlaqəsi olduğunu düşünmürəm” deyib.
Bundan əvvəl seçki kampaniyası zamanı Trzaskowski ölkə hakimiyyətini uşaq müavinətini (“800 plus”) yalnız Polşada işləyən və vergi ödəyən ukraynalılara ödəməyə çağırıb. (Tass)