Kolumbiya dairəsinin federal məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumu ilə bağlı işə xitam vermək tələbini rədd edib. Bunu məhkəmənin elektron məlumat bazasında yerləşdirilən sənədlər sübut edir.
Bundan əvvəl prezident seçkilərində uduzmasına baxmayaraq, hakimiyyəti qoruyub saxlamağa cəhd etməkdə günahlandırılan Tramp təqibdən toxunulmazlığına əsaslanaraq, işin dayandırılması barədə vəsatət qaldırmışdı. Bundan əlavə, o, başqa şeylərlə yanaşı söz və sərbəst toplaşmaq azadlığını təmin edən Amerika Konstitusiyasına Birinci Düzəliş əsasında işin rədd edilməsi barədə vəsatət qaldırıb.
Məhkəməyə sədrlik edən hakim Tanya Çatkenin qərarında qeyd edilib ki, “baş komandan kimi dörd illik xidmət müddəti ona [Tramp] cinayət məsuliyyətindən yayınmaq hüququ vermir”. “Keçmiş prezidentin federal səviyyədə təqib edilməsi qanun qarşısında bərabər ədaləti təmin etmək üçün konstitusiya öhdəliyimizi yerinə yetirmək üçün açardır”, – deyə hakim bildirib.
“Yuxarıda göstərilən səbəblərə görə məhkəmə hər iki vəsatəti rədd edir” deyə hakim yekunlaşdırıb. (Tass)