Avqust 2, 2025-1:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Vaşinqtonda “Ana dili və multikultural mühit” adlı tədbir keçirilib

2025:07:30 - 14:11
in SOSİAL
A A

Azərbaycanın ABŞ-dakı Səfirliyi və Vaşinqtonda Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Musavinin təqdimatında “Ana dili və multikultural mühit” adlı tədbir keçirilib.

AZƏRTAC-ın məlumatına görə, ABŞ – Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov giriş nitqi zamanı müxtəlif mədəniyyətlərin birgə yaşadığı mühitdə ana dilinin qorunmasının vacibliyini qeyd edib. Azərbaycanın ABŞ-dəki Səfirliyinin müaşviri Erkin Heydərli Azərbaycanın çətin tarixi yol keçdiyini, buna baxmayaraq dilini hər zaman qoruduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan dili bir çətir altında birləşdirici dildir. Diplomat dilimizin xüsusilə xaricdə yaşayan azərbaycanlılar arasında daim qorunmalı olduğunu diqqətə çatdırıb.

Daha sonra dilçi alim Zülfiyyə Musavi çıxış edərək 25 ildir psixolinqvistika ilə məşğul olduğunu və onun həyatının bütün mərhələlərində insanı izlədiyini bildirib. Alimin sözlərinə görə, dil təkcə ünsiyyət deyil, həm də milli şüurumuz, mədəniyyətimizi qoruma vasitəsidir. Multikultural mühitdə ana dili ilə yanaşı, sosial mühitin dili də danışılır və adət-ənənəmizi qorumaq üçün bu mühitdə ana dilində danışmağı davam etdirmək lazımdır.

Zülfiyyə Musəvi dilin qorunmasında toponimlərin də rolu barədə məlumat verib. Daha sonra tədbirdə dil və toponim, iki və çoxdillilik, onun uşaqların inkişafına təsiri ətrafında interaktiv müzakirə aparılıb.

Əvvəlki Yazı

Qeyri-hökumət təşkilatları üçün infosessiya keçiriləcək

Növbəti Yazı

Müharibənin sponsorları Moldovanı Ukraynanı əvəz edəcək növbəti qurban kimi hazırlayırlar

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.