May 14, 2025-15:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Vaxtilə viran edilmiş Zəngilan planlı surətdə yenidən qurulur” – RƏY

2023:10:20 - 17:35
in SOSİAL
A A
“Vaxtilə viran edilmiş Zəngilan planlı surətdə yenidən qurulur”.

Bunu “Report”a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

O bildirib ki, xalqımız tarixi hadisələrə şahidlik etməyə davam edir:

“15 oktyabr tarixində Prezident İlham Əliyev tərəfindən Xankəndi şəhərində Azərbaycan bayrağının ucaldılması suverenliyimizin bərpa edilməsinin mühüm rəmzidir. Uzun illər düşmən işğalında qalmış tarixi torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Azərbaycan ordusu tərəfindən azad edilib. Ərazi bütövlüyümüz bərpa, suverenliyimiz bərqərar edilib. 20 oktyabr tarixini bizim üçün əlamətdar edən tarixi hadisə bu günün Zəngilan şəhərinin düşmən işğalından azad olunduğu gün olmasıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuz Zəngilan şəhərini işğaldan azad edib. Hamımız yaxşı bilirik ki, ermənilər işğal altında saxladıqları ərazilərimizi viran qoyub, bütün bina və tikililəri məhv ediblər. Təəssüf ki, bu cür vandalizm aktlarından ən çox ziyan çəkmiş rayonlarımızdan biri də Zəngilan olub” .

Sədr müavini vurğulayıb ki, Ermənistan bu 30 il ərzində yalnız evləri dağıtmaqla, infrastrukturu sıradan çıxarmaqla kifayətlənməyib, dini və tarixi abidələri də tam məhv edib:

“Üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işlərinə başlanıldı. Üç ildən də qısa müddətdə işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi Zəngilana da həyat qayıdıb. Rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi ağıllı kənd konsepsiyasının reallaşmasının təzahürüdür. 30 il doğma yurd həsrəti çəkmiş zəngilanlılar artıq evlərinə qayıdırlar, Böyük Qayıdış Proqramı uğurla icra edilir. İşğaldan azad edilmiş ərazilərdə tikilən üç Beynəlxalq Hava limanından biri də məhz Zəngilanda yerləşir”.

A.Əliyevin sözlərinə görə, vaxtilə viran edilmiş Zəngilan planlı surətdə yenidən qurulmaqdadır və bərpa olunduğu bir zamanda artıq beynəlxalq şəhərsalma forumuna ev sahibliyi edib:

“İşğaldan azad edilmiş digər ərazilərimizlə birlikdə Zəngilanda da müasir infrastruktur qurulur, insanların rahat yaşaması üçün məktəb, bağça, xəstəxanalar tikilir. Keçmiş məcburi köçkünlər evlərinə qayıtdıqdan sonrakı onların məşğulluq məsələləri də dövlətimizin diqqət mərkəzindədir. Onların işlə təmin edilməsi, sahibkarlığa verilən dəstəkdə əsas məqsəd dayanıqlı inkişafa nail olmaqdır. Artıq ölkəmizdə yeni inkişaf mərhələsi başlayıb, Qarabağa və Şərqi Zəngəzura uzun illərdən sonra həyat qayıdıb. Dövlət başçısının bir neçə gün öncə Füzuli şəhərində sakinlərlə görüşündə vurğuladığı kimi, dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. Biz qazanılmış qələbəyə görə qəhrəmanlarımıza borcluyuq, əziz xatirələrini dərin hörmət və ehtiramla yad edirik”, – o vurğulayıb.

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib.

Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 20 oktyabr – Zəngilan Şəhəri Günü kimi qeyd edilir.

Əvvəlki Yazı

Misir Qəzzadan Rafah keçid məntəqəsi vasitəsilə çıxışa mane olmaq məsuliyyətini rədd edir

Növbəti Yazı

Scholz Almaniyada yəhudilərə edilən hücumları bütün almanlara edilən hücumlarla müqayisə edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.