Venesuela İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının şimalındakı Cebaliya qaçqın düşərgəsinə endirdiyi zərbəni qətiyyətlə pisləyir və dərhal atəşkəsə çağırır. Bu barədə çərşənbə axşamı Bolivar Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri İvan Gilin X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yerləşdirilmiş bəyanatda deyilir.
“Venesuela Bolivar Respublikası İsrailin Fələstin xalqına qarşı soyqırımını və oktyabrın 31-də 100-dən çox insanın ölümünə səbəb olan Qəzza zolağının şimalındakı Cebaliya qaçqın düşərgəsinə yeni hücumunu qəti şəkildə rədd edir”, – deyə bəyanatda bildirilir. “Venesuela işğalçı İsrail dövləti tərəfindən beynəlxalq humanitar hüquq prinsiplərinin sistematik şəkildə pozulmasını və Cenevrə sazişlərinə məhəl qoymamasını bir daha pisləyir; bu, məsuliyyət daşıyanların müəyyən edilməsi üçün müstəqil beynəlxalq araşdırma tələb edən hərbi cinayətdir”, – XİN-dən bildiriblər.
Onun sözlərinə görə, Venesuela hökuməti “dərhal atəşkəs və İsrailin mülki şəxslərə qarşı vəhşilikləri və Fələstin ərazisinin sakinləri üçün sülh, təhlükəsizlik və ləyaqət təmin edəcək BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında təcili həll yollarının axtarılması çağırışlarını təkrarlayır”. (Tass)