Venesuela prezidenti Nikolas Maduro Aİ-nin Brüsseldə keçirilən sammitində qəbul edilmiş 800 milyard avroluq Avropanın hərbiləşdirilməsi planını kəskin tənqid edib.
“Bu, mübariz Avropa elitasının sərsəm planıdır. Kifayət qədər müharibələr, müharibələrə investisiya etməyin, inkişafa sərmayə qoyun”, – Venesuela lideri “Maduro Plus ilə” verilişində deyib
Prezident xatırladıb ki, “əsrlər boyu Avropa müharibə aparır və iki dağıdıcı [dünya] müharibəsi milyonlarla insanın həyatına son qoyub”. O, Avropa İttifaqına “ölümcül və dağıdıcı silahlara 800 milyard avro sərmayə qoymaq əvəzinə, bu vəsaitləri Afrika, Latın Amerikası və Avropa ölkələrinin inkişafına yatırmasını” təklif edib.
Maduro Avropa xalqını “həyat, sülh və inkişaf naminə küçələrə çıxmağa və müharibəyə qarşı çıxmağa” çağırıb. (Tass (