Venesuelanın hazırkı prezidenti Nikolas Maduro 2025-ci ildən 2031-ci ilə kimi üçüncü müddətə vəzifəsinin icrasına başlayacaq. Karakasdakı Federal Qanunvericilik Sarayında baş tutacaq andiçmə mərasimində Rusiyanı Dövlət Dumasının sədri Vyaçeslav Volodin təmsil edəcək.
2024-cü il iyulun 28-də Maduro seçicilərin 51,95%-nin dəstəyi ilə keçirilən prezident seçkilərində qalib gəlib. Rusiya, Boliviya, Honduras, İran, Çin, Kuba, Nikaraqua və digər dövlətlər Venesuela liderini qələbə münasibətilə təbrik ediblər. Bir sıra ölkələr, o cümlədən ABŞ Maduronun yenidən seçilməsini tanımır və onun seçkilərdəki əsas rəqibi, ifrat sağçı müxalifətçi Edmundo Qonzales Urrutianı Venesuelanın guya seçilmiş prezidenti hesab edir.
İnauqurasiyadan əvvəl Maduro venesuelalıları onunla birlikdə Bolivar Respublikasına beyət etməyə çağırıb. O vurğulayıb ki, Venesuelanın müstəqilliyi və suverenliyi naminə çıxış etmək, “xarici, imperialist müdaxiləçiliyə və sağ, ekstremist faşist qanadına qarşı aydın mövqe” tutmaq lazımdır. Yanvarın 9-da minlərlə insan Karakasda “Maduroya səs verirəm” şüarı altında sülh yürüşü keçirib.